Azərbaycan banklarında yeni ixtisar dalğası gözlənilir.
Bank sektorundan əldə edilən məlumata görə, bir sıra iri banklar çoxsaylı işçi ixtisarına hazırlaşır. İxtisarların yüzlərlə olacağı bildirilir.
Bankların satışları (kreditlərin verilməsi) azaldığından işçi artıqlığı yaranıb. Banklar filiallarını bağlayır və ya birləşdirir. Onlayn xidmətlərə (internet bankinq, mobil bankinq) keçid başladığından işçilərə təlabat azalıb. Banklar xərclərini azaltmaq üçün işçilərini ixtisar etmək məcburiyyətindədirlər.
Son rəqəmlərə görə, banklarda 17 min nəfər çalışır.
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı məlumata görə, banklar təkcə ötən ilin sentyabr-noyabr dövründə 482 nəfəri ixtisar ediblər.
©Marja