Banklar aktivlərindən səmərəli istifadə edirmi? - ROA əmsalı (2018, II rüb) | Banco.az

Banklar aktivlərindən səmərəli istifadə edirmi? - ROA əmsalı (2018, II rüb)

ROA (Return on assets) əmsalı bir müəssisənin ümumi aktivlərindən istifadə edərək nə qədər mənfəətli olduğunu göstərən göstəricidir. Bu göstərici hər bir şəxsə, şirkət menecmentinin mənfəət əldə etmək üçün aktivlərindən nə qədər effektiv istifadə etdiyi haqqında məlumat verir.

Belə ki, ROA əmsalı şirkətin xalis mənfəətinin onun ümumi aktivlərinə faiz nisbətidir. 

Bu əmsalın önəmini daha qısa belə izah edək. Məsələn, A şirkətinin aktivləri 50 mln. manat, xalis mənfəəti isə 20 mln. manatdır. B şirkətinin aktivləri isə daha az, 30 mln. manat, xalis mənfəəti isə 15 mln. manatdır. Hansı şirkətin daha effektiv çalışdığını öyrənmək üçün ROA əmsalını müəyyən edək. Bu zaman, A şirkətinin ROA əmsalı 40%, B şirkətinin isə 50% olur. Bu isə onu göstərir ki, A şirkətinin aktivləri və xalis mənfəəti B şirkətindən çox olsa da, B şirkəti mənfəət əldə etmək üçün daha az aktivdən daha səmərəli istifadə edir.

ROA əmsalı hər bir manat (istənilən valyuta) aktivə nə qədər xalis mənfəət düşdüyünü göstərir.

Gəlin banklar üzrə ROA əmsalını hesablayaq və banklarımızın aktivlərindən nə qədər səməmərəli istifadə etdiyini, hər bir manat aktivin yaratdığı xalis mənfəəti müəyyən edək.

2018-ci ilin ikinci rüb göstəriciləri əsasında banklarımızın ROA əmsalı üzrə REYTİNQİ:

Banklar

ROA əmsalı

Nikoil Bank

10,3%

Azərbaycan Beynəlxalq Bank

3,0%

Bank Avrasiya

2,7%

Unibank

2,4%

Bank Silkway

2,0%

Bank Melli İran

1,3%

Naxçıvan Bank

1,2%

Kapital Bank

1,2%

AFB bank

1,0%

NBC Bank

0,8%

Xalq Bank

0,6%

Bank of Baku

0,6%

Ziraat Bank

0,5%

Paşa Bank

0,4%

Bank BTB

0,3%

YapıKrediBank

0,3%

Günay Bank

0,3%

Pakistan milli bankı

0,3%

ASB bank

0,2%

Express Bank

0,2%

AzərTürkBank

0,1%

Bank Respublika

0,1%

Rabitəbank

0,04%

TuranBank

0,04%

AtaBank

0,02%

Bank VTB

-0,2%

Muğan Bank

-0,6%

AG Bank

-1,0%

Accessbank

-1,3%

AmrahBank

-4,1%

Ən sərfəli kredit üçün müraciət et

Cədvəldən də göründüyü kimi aktivlərinin həcminə görə ilk beşlikdə olan Beynəlxalq Bank, Kapital Bank, Paşa Bank, Xalq Bank və ASB Bank cədvəldə müxtəlif pillələrdə qərarlaşıb. Ən çox mənfəətə malik olan Nikoil Bank nəhayət ki, aktivlərindən daha səmərəli istifadə edərək  aktivlərinin gəlirliyinə görə 1-ci yerdə qərarlaşıb. Beynəlxalq bank isə əldə etdiyi xalis mənfəətə görə 2-ci yeri tutub. 

Maraqlısı budur ki, aktivlərinin həcmi ən az olan Bank Avrasiya siyahıda üçüncü yerdə qərarlaşıb və az aktivlə daha çox mənfəət əldə etməyi bacarıb. Gözlənildiyi kimi  Unibank 4-cü,  bir digər bank olan Bank Silkway isə 5-ci yerdə qərarlaşıb.

Bu əmsal ilə bankın hər 1 manat aktivinə düşən xalis mənfəəti müəyyən etdik, yəni 1 manat aktivin neçə faizi mənfəətə çevrilib aydın oldu.

Təəsüf ki, bir sıra banklar zərərdə olduğundan onların hər 1 manat aktivinə düşən mənfəət deyil, itki həcmi göstərilir.

Həmçinin bax:

2018-ci ilin ikinci rübü üzrə aktivlərin renkinqi

2018-ci ilin ikinci rübü üzrə xalis mənfəət (zərərə) görə renkinq

III rübün ROA əmsalı ilə buradan tanış olun.

Ən sərfəli krediti almaq üçün müraciət et