Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Banco.az xəbər verir ki, qanun layihəsi 262 səs lehinə, 159 səs əleyhinə olmaqla qəbul edilib. Sənədin qanuna çevrilməsi üçün ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanması tələb olunur.
Qanun layihəsi Rusiyanın yüksək vəzifəli dövlət məmurlarına, oliqarxlarına və dövlət şirkətlərinə qarşı sanksiyaların tətbiqini, həmçinin Rusiya xam nefti və təbii qazını alan ilk beş ölkəyə əlavə tariflərin tətbiq edilməsini nəzərdə tutur.
Rusiyaya qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsi daha əvvəl ABŞ Senatında da böyük səs çoxluğu ilə qəbul edilib. Sənəd avqustun 7-də 86 senatorun lehinə, 11 senatorun əleyhinə səsi ilə təsdiqlənib.
