Xalis mənfəətinə (zərər) görə bankların renkinqi (2018, II rüb) | Banco.az

Xalis mənfəətinə (zərər) görə bankların renkinqi (2018, II rüb)

Bildiyimiz kimi hər bir kommersiya şirkətinin son məqsədi fəaliyyətinin nəticəsi olaraq mənfəət əldə etməkdi, elə bankların da. Nəzərə alsaq ki, son illər Azərbaycan iqtisadiyyatı üçün çətin dönəmlər oldu, bu dönəmlər də öz təsirini ilk növbədə bank sektoruna göstərdi. Banklar zərərdən yaxa qurtara bilmədilər, bir neçə bank isə müflis elan olunaraq bağlandı. Bankların əksəriyyəti 2017-cı ili zərərlə başa vurdu.

2018-ci ilin ikinci rübünə nəzər saldıqda isə görmək olur ki, banklar artıq çətin dönəmi tədricən geridə qoymağa və mənfəətlə işləməyə başlayıblar. Lakin bir sıra banklar hələ də zərərlə işləməyə davam edir. "AccessBank"ın  nizamnamə kapitalının 140 mln. manat məbləğində artırılması nəzərdə tutulub. Ətraflı: "AccessBank" nizamnamə kapitalını 140 mln. manat artırır!

Bəzi bankların ziyanda olmasının səbəbi isə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi məqsədi ilə ayrılan xüsusi ehtiyatların həcminin bankların əməliyyat mənfəətindən daha çox olması ilə bağlıdır. Qeyd edək ki, ehtiyatların ayrılması qaydaları Mərkəzi Bankın normativləri ilə tənzimlənir. 

Bankların 2018-ci ilin ikinci rübündə "Mənfəət və zərər" hesabatlarını araşdırdıq və onları xalis mənfəətinin həcminə görə sıraladıq. Hansı bankların mənfəətdə, hansı bankların zərərdə olduğunu bilmək istəyirsinizsə hazırladığımız siyahı ilə tanış ola bilərsiniz:

Qeyd: Qırmızı rənglə yazılmış banklar zərərdədir.

Bank

Xalis mənfəət (min manatla)

Azərbaycan Beynəlxalq Bank

229 792

Nikoil Bank

45 861

Kapital Bank

41 673

Paşa Bank

15 630

Unibank

14 639

Xalq Bank

12 318

Bank Silkway

12 256

AFB bank

5 330

Bank Avrasiya

4 645

ASB bank

2 333

Naxçıvan Bank

2 327

NBC Bank

1 872

Bank of Baku

1 580

YapıKrediBank

1 401

Bank Melli İran

1 384

Ziraat Bank

1 137

Bank BTB

1 048

Express Bank

992

Bank Respublika

638

Günay Bank

617

AzərTürkBank

353

Rabitəbank

311

TuranBank

205

AtaBank

123

Pakistan milli bankı

30

Muğan Bank

 (2 774)

AG Bank

(5 139)

AmrahBank

(8 081)

Accessbank 

(10 887)

Bank VTB

  (250 371)

Ən sərfəli kredit üçün müraciət et