"Bank VTB" Azərbaycandakı törəməsinin səhmlərini qiymətləndirir | Banco.az

"Bank VTB" Azərbaycandakı törəməsinin səhmlərini qiymətləndirir

"Bank VTB" Azərbaycandakı törəməsi olan "Bank VTB (Azərbaycan)" ASC-dəki səhm paketinin bazar və investisiya dəyərinin qiymətləndirilməsi üçün sifariş verib.

"APA-Economics" "Prime" agentliyinə istinadən xəbər verir ki, qiymətləndirmə obyekti 124,497 mln. ədəd (səhmlərin 49%-i) səhmdir.

Qiymətləndirmə "Rossiyskaya otsenka" QSC tərəfindən aparılacaq. İşlər 1 ay müddətində aparılacaq. "Bank VTB" bunun üçün 4,65 mln. rubl ödəyəcək.

Bankdan bildirilib ki, qiymətləndirmə idarəetmə sahəsində qərarların qəbul olunması üçün lazımdır.


"Bank VTB (Azərbaycan)" 2009-cu ilin noyabr ayından etibarən fəaliyyətə başlayıb. Bankın səhmlərinin 51%-i "Bank VTB"-yə, 48,99%-i "AtaHoldinq" MMC-yə və 0,01%-i fiziki şəxsə məxsusdur.