Müştərilərin bu gün ən çox verdiyi suallardan biri də belə səslənir :”Bu gün hansı bank hesab açılması zamanı və ondan sonrakı istifadə müddətində heç bir sual vermir?
Azərbaycan da təəssüf ki, nə bank sirrinin qorunması, nə əksinə çirki pulların yuyulmasına nəzarət məsələsi bu gün banklarda aktua deyil. Amma gəlin ilk öncə bank sirri anlayışından başlayaq.
Mülki Məcəlləyə görə bank hesabı və hesab üzrə əməliyyatlar, habelə müştəri haqqında məlumatların, sirrinə bank təminat verir. Bununla yanaşı, banklar müştərilərin bank saxlancında (seyf) əmlakının mövcudluğu, bu cür əmlakın sahibləri, xarakteri və dəyəri haqqında məlumatların sirrinə də təminat verir.
Tarix boyu, müxtəlif Avropa ölkələrində bank təşklatlarının uğuru, nüfuzu və zənginliyi məhz təqdim etdikləri xidmətlərin məxfiliyindən və bank əmanətləri ilə bağlı bank sirrinin qorunması məsələsində dövlətin qəti mövqeyindən asılı olub.
Məhz bu prinsip üzərində qədim, şəxsi İsveçrə bankları öz rifahını qura bilib, onların sırasında Pictet&Cie (əsası 1805-ci ildə qoyulub), Lombard Odier Darier Hentsch&Cie (əsası 1796-cı ildə qoyulub), Bordier&Cie (1844-cü ildə təsis edilib), ), Sarasin&Cie (1841-ci ildə yaradılıb), Mirabaud&Cie (1819-cu ildə yaradılıb), Wegelin&Cie (1741-ci ildə təməli qoyulub), Şimali İtaliya bankları (Banca C. Steinhauslin SpA (1868-ci ildə təsis edilib), Meliorbanca (1927-ci təsis edilib), Banca Cesare Ponti SpA (1871-ci ildə təsis edilib); Benilüks ölkələri bankları Trinkaus&Burkhardt KGaA (1785-ci təsis edilib və hazırda HSBC qrupuna daxildir), Ten Cate&Cie NV (1881-ci ildə təsis edilib), Kooger Doodenbos (1741-ci ildə təsis edilib və indi İNG qrupuna daxildir və İngiltərə bankları Nichols, Baker and Crane (1777-ci ildə təsis edilib və hSBC qrupuna daxidir) qeyd etmək olar.
Gəlin razılaşaq ki, çox ciddi səbəblər olmalıdır ki, əsrlərlə öz mövqelərini qoruyan və ənənəyə malik olan banklar indi öz möqvqelərini tərk etsinlər.
İllərlə formalaşmış bu ənənəni son 10 il ərzində alt-üst edən yeganə səbəb – çirkli pulların yuyulması məsələləri üzər bank fəaliyyətinin tənzimlənməsinə dair qanunverciliyin sərtləşdirilməsidir.
Ardı var...