Bank sektorunun yaranma tarixi haqda MARAQLI FAKTLAR | Banco.az

Bank sektorunun yaranma tarixi haqda MARAQLI FAKTLAR

Hər şeyin bir yaranma tarixi mövcuddur. Bankların yaranma tarixi olduqca uzaq dövrə təsadüf edir. İlk banklar miladdan əvvəl 18-ci yüzilliyə aiddir. İlk bankların Babillərin dövrünə aid olduğu göstərilir. Həmin dövrdə müqəddəs məkanlar bank kimi istifadə olunurdu və təbii olaraq hal-hazırki bank sistemindən olduqca fərqli xarakter daşıyırdı. Həmin dövrdə əsasən pul əvəzinə taxıl, quru qida məhsulları istifadə edilməkdəydi. Nə qədər qəribə olsa da dünyanın 7 möcüzəsindən biri olaraq bilinən Artemis Məbədi də belə məqsədlər üçün istifadə olunub. Onu da qeyd edək ki, bank termini italyan dilindən götürülüb.

Daha sonralar qədim Roma və Yunanistanda modern bankçılıq ortaya çıxmağa başladı. Bu banklar özəl əşya saxlama funksiyası daşıyırdılar. Həmin dövrlərdə faiz və pul anlayışları ortaya çıxmağa başlamışdı. Həmin dövrdə tacirlərin varlanması yeni özəl bankların yaranmasına şərait yaratdı. Beləliklə, onlar dövlətdən asılı olmadan faizli kreditlər verməyə və pullu daşıma xidməti həyata keçirməyə başlamışdılar.

Miladdan sonra 2-ci yüzillikdə Romada bank sektorunda bəzi dəyişikliklər təzahür etmiş və bank rəsmi qurum halına gəlmişdir. Bank sferası 3500-4000 illik tarixə sahib olsa da müasir bankçılıq 1700-1800 illik keçmişə sahibdir.

Ən sərfəli kredit üçün müraciət et

Müasir bank sektoruna uyğun banklar Mesopatamiyada ortaya çıxmışdır. Burda çek və buna bənzər nümunələr görülməyə başlanılıb. 1557-ci ildə İspaniya kralı II. Philip ölkəsində iqtisadi tənəzzülə səbəb olduqdan sonra yerli tacirlərdən faizli kreditlər almış və hal-hazırki bank sisteminin təməllərini qoymuşdur. Bank sektorunun inkişafında rol oynayan bir digər şəxs Adam Smith olub. “Görünməz əl” anlayışı da bu dövrlərdə ortaya çıxmış və hər hansı iki tərəfin para transferi daha rəsmi hal almışdır. Özəl və dövlət bankları anlayışları da bu dövrə təsadüf edir.

Həmçinin maraqlıdır: Rabitəbank tələbələrə təqaüd verəcək!

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et