Bank sektorunda son vəziyyətin təhlili | Banco.az

Bank sektorunda son vəziyyətin təhlili

Bank sektorunda son vəziyyətin təhlili burada bəzi problemlərin olduğunu üzə çıxarır. Söhbət problemli kreditlərin miqdarının artmasından gedir. Cari ilin yanvar-avqust aylarının yekunlarına görə, Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 938,8 milyon manat olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,8% və yaxud 174 milyon manat çoxdur. Ötən illə müqayisədə, problemli kreditlərin ümumi kredit portfelindəki payı isə 5,3%-dən 5,4%-ə qalxıb. Onu da bildirək ki, hazırda 8 bank zərərlə işləyir.

Məlumatlara görə, Azərbaycanda kredit alanların sayı 2,2 milyona yaxınlaşır. Bununla yanaşı, zaminlərin də sayında artımların olduğu bildirilir. Rəqəmlər ötən ilin müvafiq dövrü ilə müqayisədə yüksəkdir. Kredit götürənlər arasında isə həmişəki kimi fiziki şəxslər daha çox üstünlük təşkil edir. İlkin sırada gələn kreditin növündə də dəyişmə yoxdur. Yenə də istehlak kreditinə üz tutanlar çoxdur. 2014-cü ilin yanvar-avqust aylarında ölkə bankları verdikləri istehlak kreditlərinin həcmini keçən ilin uyğun dövrünə nisbətən 27,46 faiz artırıblar.

Ən sərfəli kredit üçün müraciət et

Bu müddət ərzində bankların verdikləri istehlak kreditlərinin ümumi kredit çantasında payı da xeyli artıb. Bu göstərici 2013-cü ilin yanvar-avqust aylarında 38,55 faiz təşkil etmişdi və verilən istehlak kreditləri 5 milyard 572,6 milyon manat təşkil etmişdi. Amma 2014-cü ilin yanvar-avqust aylarında bu göstərici 7 milyard 102,9 milyon manata qalxıb və istehlak kreditlərinin ümumi kredit çantasında payı 41 faizə yüksəlib.

Baş verənləri şərh edən iqtisadçı ekspert Vüqar Bayramov qeyd edir ki, problemli kredit həcminin artması birmənalı şəkildə bank sektoruna mənfi təsir göstərir: "Qanunvericiliyə əsasən, kreditlərin geri qaytarılması ilə bağlı qısa müddət ərzində ödəmə zamanı problem olarsa və ya yubanarsa, avtomatik olaraq problemli və geri qaytarılmayan kredit kimi qruplaşdırır.