Tamara Mustafayeva, Banco.az
Hollandiyanın ABN Amro Bank NV və İspaniyanın Banco de Sabadell SA adlı bankları tərəfindən bu həftə 4 min 600 iş yeri üzrə ixtisara gediləcəyinin elan edilməsi ilə dünya miqyasında bank sektoru üzrə işdən çıxarılma sayı 85 min 540-ə çatıb. Bu, aparıcı dünya banklarının əsaslı dəyişikliyə baş vuraraq 91 min 448 mövqe üzrə işçi sayını azaltdığı 2015-ci ildən bəri müşahidə edilən ən yüksək göstəricidir.
Pandemiyanın təsirlərinin rəqəmsallaşma dövrünün iş modelləri üzərində yaratdığı təzyiqə əlavə edilməsi nəticəsində bütün dünyada bankların açıqladığı ixtisarlar son beş ilin ən yüksək səviyyəsinə yüksəlib.
Qeyd edək ki, sözügedən göstəricilər Blomberg nəşri tərəfindən irəli sürülüb.
Həmçinin oxu: Avropa bankları pandemiyadan sonra da məsafədən işləməyi dəstəkləyir
Bizi sosial şəbəkələrdən izləyin!!