Avropa bankları pandemiyadan sonra da məsafədən işləməyi dəstəkləyir | Banco.az

Avropa bankları pandemiyadan sonra da məsafədən işləməyi dəstəkləyir

Tamara Mustafayeva, Banco.az

Avropada fəaliyyət göstərən əksər banklar maliyyə xərclərini azaltmaq məqsədilə evdən işləməyə müsbət yanaşsa da, Amerika bankları məsafədən iş rejiminin uzanması halında şirkət dəyərlərinin itirilməsindən narahatlıq duyur.

Bəzi Wall Street sərmayəçiləri uzun müddətli məsafədən işləməyin riskləri ilə bağlı xəbərdarlıq etsə də, Avropanın ən böyük bankları pandemiya dövründə vərdiş etdikləri yeni iş rejimini davamlı etmək niyyətindədir. Bu banklar müasir ofislər təşkil edildiyi gündən bu vaxtadək belə böyük miqyaslı çox az sayda dəyişiklik müşahidə etmiş bir mədəniyyəti dəyişdirmək istəyirlər.

İşçilərinin pandemiyadan sonra da çalışdıqları vaxtın yarısını evdə keçirməsini planlaşdıran Hollandiyalar bu qərarda aparıcılıq edirlər. İsveçrənin UBS investisiya bankının işçiləri vaxtlarının üçdə bir hissəsini evdə işləməyə həsr edə biləcəklərini bildirərkən, İtaliyanın UniCredit şirkəti isə personalın icra etdiyi işin 40%-nin pandemiyadan sonrakı dövrdə də evdən həyata keçirilməsini planlaşdırır.

Amerika bankları ilə müqayisədə xroniki maliyyə itkisi problemi ilə üzləşən Avropalı banklar üçün pandemiya böyük bir fürsətdir. JPMorgan Chase və BlackRock kimi şirkətlər şirkətin etik dəyərlərinin yox olmasından narahat olduqlarını bildirsələr də, bəzi banklar artıq ofislərini azaltmağa başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Dünyanın ən maraqlı BANK ofisləri

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram