Bank sektorunda işləyənlərin sayı artıb | Banco.az

Bank sektorunda işləyənlərin sayı artıb

Azərbaycanın bank sektorunda işləyənlərin sayı 2020-ci ilin İyul ayı ərzində 78 nəfər artaraq 18 min 478-ə çatıb. İyunun sonunda bu sektorda 18 min 400 nəfər çalışırdı.

Mərkəzi Banka istinadən xəbər verilir ki, ötən ilin sonu ilə müqayisədə bank sektorunda işləyənlərin sayı 982 nəfər azdır. 2019-cu ilin sonunda bank sektorunda işləyənlərin sayı 19 min 460 nəfərə çatmışdı. İlin əvvəlində 4 bankın lisenziyasının ləğv edilməsi və koronavirus pandemiyası ilə əlaqədar iqtisadi fəallığın azalması işçilərin də sayının azalmasına səbəb olmuşdur.

marja

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et