Dünyada ictimai nəqliyyatdan aylıq istifadə neçəyə başa gəlir? | Banco.az

Dünyada ictimai nəqliyyatdan aylıq istifadə neçəyə başa gəlir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dünyanın müxtəlif ölkələrində ictimai nəqliyyatdan aylıq istifadə xərcləri arasında ciddi fərqlər var.

Banco.az Deutsche Bank-ın 2025-ci il göstəricilərinə əsasən xəbər verir ki, ən yüksək aylıq xərc Birləşmiş Krallıqda qeydə alınıb. London üzrə aylıq ictimai nəqliyyat xərci 244 dollar təşkil edib. Müqayisə üçün, 2026-cı il üzrə ayrıca hesablamalarda da London ən yüksək qiymətlərdən biri olaraq qalır. 

2025-ci ildə aylıq ictimai nəqliyyat xərcləri: (Siyahıda həmin ölkələrdəki şəhərlər üzrə ən yüksək göstərici götürülüb)

  1. Birləşmiş Krallıq: 244 dollar
  2. Avstraliya: 141 dollar
  3. ABŞ: 132 dollar
  4. Yeni Zelandiya: 130 dollar
  5. Danimarka: 116 dollar
  6. Niderland: 115 dollar
  7. Kanada: 114 dollar
  8. İsveç: 112 dollar
  9. İsveçrə: 107 dollar
  10. Fransa: 102 dollar

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram