Müəllif: Gülnar Əhmədli, Banco.az
2026-cı ilin iyul ayında Azərbaycan mobil internetin sürətinə görə 102 ölkə arasında 99,53 MB/S sürətlə 48-ci yerdə qərarlaşıb. Azərbaycanın mövqeyi iyun ayı ilə müqayisədə 2 pillə geriləyib.
Banco.az “Speedtest Global Index”in hesabatına istinadən xəbər verir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə isə dünyada 151 ölkə arasında 81-ci yerdə qərarlaşıb. Burada isə Azərbaycan mövqeyində 3 pillə irəliləyib.
Ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 92,52 MB/S olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
