Bank sektoru sağlam, qüvvətli və bəsit olmalıdır | Banco.az

Bank sektoru sağlam, qüvvətli və bəsit olmalıdır

Müsahibimiz: Yapı Kredi Bank Azərbaycan və Yapı Kredi Bankçılıq Akademiyasının təşkil etdiyi 2-ci Bakı Maliyyə Zirvəsinin qonağı, Cevdet Akçay, Yapı Kredi  Bank Türkiyənin Baş iqtisadçısı

Türkiyə Bank sisteminin Avropada ən öndə gələn isimlərdən biri olduğu söylənilir və bunu əsasən Türkiyənin 2009-cu il böhranın nəticələrini daha az yaşaması ilə izah edirlər. Sizcə bu nə ilə əlaqədardır, nəyə görə Avropa bu böhrandan, belə deyək daha çox sarsıldı?

Bu sualın əslində çox bəsit bir cavabı var: “Türkiyə öz böhranının 2001-ci ildə yaşadı. 2001-ci ildə Türkiyədə böyük bir bankçılıq böhranı oldu.  Əslində o, dövlətin maliyyə böhranı idi, amma dövlətin bütün borc yükünü banklar daşıdığı üçün maliyyə tərəfi sıradan çıxınca, banklar da sıradan çıxdı. Maliyə proqramı, illərdir ki, Türkiyədə istifadə edilən İMF proqramı partladı və maliyyə sistemi olduğu kimi çökdü. Çöküncə onu yenidən qurmaq ehtiyacı hasil oldu. Türkiyə də həmin zaman doğru olanları etdi.

Mən həmişə bunu belə izah edirəm: “Bu gün dünyanın ən sağlam bank sistemlərindən biri Türkiyədədir. Həqiqətən sərmayə yetərliyi çox yüksək, likvidlik problemi yoxdur, balanslar çox təmiz,  çox yaxından tənzimlənir, requlyasiya və monitorinq olunur, bankçılıq sektoru çax yaxşı vəziyyətdədir. Amma səbəbi isə 13 il əvvəl ən pis bank sisteminin də Türkiyədə olması ilə bağlıdır. O sistem batdığı üçün, məcburən yaxşı bir sistem qurmaq ehtiyacı doğdu. Biz də bu işi doğru etdik:

Bank böhranının Avropa ölkələrinə daha çox təsir etməsi və mənim ölkəmə təsir etməməsi onunla izah olunur ki, bizim bank sistemimiz çox yaxşı requlasiya olunur, çox yaxından izlənilir və derivativ riskinin Türk banklarında demək olar ki, heç olmamasıdır. Çünki bu maliyyə böhranı əslində törəmə derivativlər böhranı idi. Türkiyədə isə derivativ problemi yoxdur, bu bazar hələ çox gəncdir. Dolayısı ilə təhlükə kəsb edəcək ölçülərə çatmamışdır hələ. Amma Avropa banklarında və özəlliklə Amerikada nəhəng ölçülərdə olduğu üçün yaratdığınız maliyyə alətinin bir ucunun hara gedib çıxdığını bilmirsiniz. Amma o, alət üzərindən törədilmiş olan bütün varlıqlar birdən satılmağa başlayır. Panika baş verir və bazar çökür, bu Türkiyədə ola bilməzdi və olmadı da.

Yapı Kredi Bank Azərbaycanın təşkil etdiyi 2-ci Bakı Maliyyə Zirvəsi

“Türkiyə böhrandan yaxşı qurtuldu, rahat  keçdik” - və s deyilir, doğrudur, həm də deyil. Ikisi də bərabər. İnsanlar bir şeyi diqqətdən qaçırırlar, 2009-cu ildə Türkiyə  mənfi beş böyüdü, yəni böyümə həcmi mənfi 5 oldu. Sonra. Biz oradan çıxdıq, 9-10%-ə yaxın böyümə göstəricimiz oldu. Amma onun da çox yaxşı bir şey olmadığını gördük.

Niyə, çünki o qədər yüksək böyüdüyünüz zamanlarda başqa makro disbalanslar olur. İndi Türkiyə bunların hamısını bərabər həll etməyə çalışır. Yəni çox sürətli böyüməyim, məqbul bir rəqəm olsun, 4,5-5, amma böyüməyi rebalans edim, yenidən tarazlaşdırım. Yəni xarici sektor  da, daxili bazar da mənim üçün önəmli olsun. Bugünkü çıxışımda, bir az ondan da bəhs etdim.

Bəzən ölkələr belə bir xətaya yol verir. Xaricə sarı istiqamətlənərək böyüyürlər, ixracatçı firmalarımız hər zaman öndə olsun deyirlər, banklarda ona çalışır. “Daxili bazar isə önəmli deyil, ixracımız öndə olsun” –deyirlər. “Xeyr, iksi də önəmlidir. Çünki bu bir xedc, xed edirsiniz əslində, xaricdə daralırsa, içərindən götürürsünüz, içərisi daralarsa  xaricdən götürürsünüz. Sadəcə xaricə bağlı olsanız, bir zamanlar Çinin etdiyi kimi, bir yanlış olduğunu onlar da anladı, ya sadəcə, ya əsas ağırlıq etibarı ilə içəriyə yönəlsəniz, Türkiyənin etdiyi kimi, o zaman sıxıntıya girəcəksiniz gec ya tez.

Çin də bu gün yenidən balanslaşdırma mərhələsinə girdi, daxili bazarını yaradır. Türkiyədə yenidən balanslaşmaya girdi, xarici bazarı qüvvətləndirməyə çalışır. Bütün məsələ tarazlıqda (balansda), iqtisadiyyat tarazlıq (balans) biliyidir əslində. Əgər balansınızı pozmaq asan olarsa,  böhranlar sizə daha çox təsir göstərir. Türkiyə əvvəldən daha davamlı olduğu üçün, bu böhran ona elə də güclü təsir etmədi.

 Bankçılıq sektoru da həm sağlam, həm qüvvətli, həm də bəsit olmalıdır.

Bəsit olması da önəmlidir. İndi Qərbdə belə bu haqda. “Basic bankings”-ə qayıdışdan danışılır. Yəni bankçılıq öz təməl vəzifələrinə geri dönsün, resursları toplasın, sonra isə paylasın. Bir sıra, əngəlli işlərə girməsin bankçılıq, fəaliyyətini çox genişləndirməsin, çünki o zaman əsl fəaliyyətindən uzaq düşür və müxtəlif böhranlara yol aça bilir.

Qərbə görə bizim əslində ilkin bir bankçılıq sistemimiz var, məhsul olaraq, o qədər də çeşidlilik yoxdur Türkiyədə. Amma olacaq, çeşidlilik artacaq. Qərbdə isə çeşidlilik bəlkə bir miqdar azalacaq, orada çeşidlərin sayı həddindən çox ola bilir. Onlar bir az azaldacaq, biz isə bir az artıracağıq. Arada bir yerdə balans yaranacaq.

Azərbaycan kimi gənc iqtisadiyyatlar üçün də bunlar çox önəmli təcrübələrdir.  Türkiyə məsələn, bu böhranda baltik ölkələrində Mərkəzi və Şərqi Avropa ölkələrində böhran sırasındakı bəzi problemləri gördü: Məsələn ev təssüraflarının xarici valyutada borclanması. Azərbaycanda gedib, xarici valyutada kredit götürmək mümkündür, Türkiyədə isə bunu edə bilməzsiniz.

Oradan dərslər alırsınız, hər böhrandan almalı olduğunuz dərslər var. Əgər məndən soruşsanız deyərəm ki, Azərbaycan kimi gənc bir iqtisadiyyatında da belə bir üstünlüyü var: Edilən səhvlərdən düzgün nəticə çıxararsa əgər, bu dünyadan böhran öncəsi və böhran sonrasında, bunları etmədən, heç yanlışları sınamadan, daha çox məsafə qət etmiş olar.

Yapı Kredi Bank Azərbaycanın təşkil etdiyi 2-ci Bakı Maliyyə Zirvəsi

Dünya iqtisadiyyatı ilə bağlı bəzi trendləri də bizimlə paylaşın mümkünsə, hansı ölkələr hazırda inkişafa meyllidir, digərlərində isə inkişaf sürəti zəifləmişdir?

Ən sərfəli kredit üçün müraciət et

Bəli, çıxışımda da dediyim ki, Amerika bir az toparlanmışdır, vəziyyəti daha yaxşıdır. Böyümə prizmasından yanaşdıqda isə Avropa hələ də çox zəifdir. Yaponiya də həmçinin. Əgər siz bu böyük ölkələrə, Amerikaya, Yaponiya və Avropa ölkələrinə mal satırsınızsa, onların böyüməsi aşağı endiyi üçün mal satmağınız çətinləşir, dolayısı ilə bu sizin böyüməyinizi də aşağı salır. Əgər ixracatçısınızsa, bu sizin böyüməyinizi vurur.

Bu arada böyümənin aşağı düşməsi EMTİA qiymətlərini, neft və s qiymətləri aşağı salır, çünki iqtisadi fəaliyyət canlanırsa qiymətlər yüksəlir, düşərsə qiymətlər aşağı enər. Avropa da asan-asan  bundan çıxa bilməyəcək.

Amerikalı məşhur bir professor var, adı  Robert Şillerdir.  Yale Universitetindən məşhur bir professordur. O, yazılarından birində deyirdi, həmin dövrdə Amerika hələ böhranda idi, söhbət 2010-2011-ci illərdən gedir:

“Amerika nə zaman böhrandan çıxacaq? – Cavabı böhrandan çıxmağımıza inandığımıza başlayınca, böhrandan çıxacağıq”.

Əgər insanlar böhrandan çıxmağa başladıqlarına inanmazlarsa, böhrandan çıxa bilmirlər. Onun üçün inanmaq qismi, çox metafizik səslənsə belə, önəmli bir şeydir. Çünki hər kəs belə düşünür, ev təsərrüfatları var. Müxtəlif ailələr, insanlar var. Onların bir sıra borcları var, məsələn ev alıblar, avtomobil alıblar və iqtisadiyyat pisləşməyə doğru gedib.

İqtisadiyyat nazirliyi məsələn sizə deyir ki, xərcləməkdə davam edin. Xərcləsəniz iqtisadiyyat canlanacaq, işlər təkrar olaraq öz reysinə düşəcək. Amma siz nə deyirsiniz?  Sizin dərdiniz odur ki, siz onsuz da xərcləmisiniz və borca girmisiniz və indi o borcu geriyə ödəməyi düşünürsünüz. Borcunuzu azaltmaq istəyirsiniz. Onun üçün deyirsiniz ki, hər kəs hökumətin dediyini etsin, hər kəs çox xərcləsin, amma mən qənaət edəcəyəm və borcumu ödəyəcəyəm. durumumu düzəldəcəyəm. Amma tək ağıllı siz deyilsiniz ki, hər kəs eyni şeyi edir və iqtisadiyyat çalışmır, durur.

Onun üçün insanları inandırmaq lazımdır ki, böyük çoxluq həqiqətən xərcləməkdə davam etsin. Hər kəs özünü kənarda tutmasın və yalnız özünün ağıllı olduğunu hesab etməsin

İdarəetmə ilə ev təsərrüfatlarının məqsədləri üst-üstə düşmür, uyğun gəlmir.  Bu da olmayınca iqtisadiyyat işləmir. Bu qarma-qarışıqların içərisində, derivatıv bazarı, törəmə alətlərin fonunda və s nəhayətdə insan psixologiyasıdır önəmli olan.

Avropadakı psixoloji durum indiki halda çox pisdir. Böyüyə biləcəklərinə inam olmadığı üçün Avropanın insanları Avropanın, Avropalı  eləcə də istehlakçıları elə də çox şeylər etmir.

Yatırımı nə zaman edərsiniz? Azərbaycanın bundan sonrakı 10 ildə çox yaxşı inkişaf edəcəyinə inamımız olarsa. Azərbaycandan 10 il ərzində bir şey olmayacaqsa –deyə düşünsəniz, heç bir şey etməzsiniz.

Avropa bu gün o vəziyyətdədir. Gələcək 10 ilinə baxırlar və “bir şey görə bilmirik” deyirlər. Görə bilməyincə yatırım olmur.  Yatırım olmayınca isə böyümə olmur, ilişib qalırsınız. Necə öhdəsindən gələcəklər, demək çətindir.

Yapı Kredi Bank Azərbaycanın təşkil etdiyi 2-ci Bakı Maliyyə Zirvəsi

Azərbaycan bazarını nə dərəcədə izləyirsiniz, bizdə hansı problemlərin olduğunu düşünürsünüz və nələri etsək, daha yaxşı ola bilərik deyə düşünürsünüz?

Sizin sektorunu, Azərbaycan bankçılıq sektoruna elə də yaxından bələd deyiləm. Amma təxminlər üzərindən çıxış edərək, bir iki fikrimi söyləyə bilərəm.

Çünki Azərbaycan və Türkiyə arasında bənzərlik var, burda bir neçə təməl nüans var ki, onları təqib etmək lazımdır.

  1. Yaxşı tənzimləmə - requlyasiya
  2. Amma həm də yaxşı rəqabət.

Rəqabət edən bankları tənzimləmək lazım. Rəqabət etməyən bankları requlyasiya etməyin heç bir anlamı yoxdur.  Heç bir məna ifadə etməz.

     3. Best practise – ən yaxşı təcrübə deyilən bir şey var.

Bankçılıq necə yaxşı idarə edilir? – məsələsini nə azərilərin, nə də türklərin, nə də bölgədə yaşayan digər xalqların yenidən kəşf etməsinə gərək yoxdur, təkrar kəşfə ehtiyac yoxdur. – Yüz illərdən bəri formalaşmış bir təcrübə var ortada.  Öyrənə-öyrənə, böhrana girə-gir, səhvlər edə-edə bir yerlərə qədər gəlir çıxıblar. Biz yenidən nə isə kəşf etmək üçün vaxt itirməli deyilik. Gəldikləri yerə baxacaq, nələri səhv, nələri düzgün etdiklərini görəcək, səhvləri təkrarlamadan, yalnız doğru olanları edəcəyik.

Türkiyənin onsuz da başqa bir şansı yoxdur. Çünki Türkiyə Avropa birliyinə üzv olmaq üçün namizəddir. Avropa birliyinə namizəd olunca, bütün iqtisadi fəaliyyətinizi, bankçılıq sektorunu da onların normalarına uyğun etməyiniz tələb olunur, bunu etmək məcburiyyətindəsiniz.

Məncə Azərbaycanda belə etsə yaxşı olar:  Mənə yaxın qardaş Türkiyə var, dili və mədəniyyəti bizə yaxındır. Bir sıra şeyləri doğru etməyə çalışırlar necə ki, Türkiyə Avropaya baxmaq məcburiyyətində hiss edirsə özünü, mənim də Türkiyədən nələri öyrənməyimdə fayda var.”

Çünki biz həm yanlışlıqlar etdik, həm də düzgün qərarlarımız oldu.

Azərbaycan bizim səhvlərimiz heç etmədən, heç o çətinliyə girmədən, bizim doğrularımızı edərsə, daha qısa müddətdə, daha çox məsafə qət edə bilər.  Geridən gəlmək, pisdir deyirlər, amma geridən gəlməyin bir yaxşı tərəfi də var. Başqalarının səhvlərini etmək məcburiyyətində deyilsiniz. Başqalarının səhvlərindən dərs ala bilirsiniz. Yol verilən yanlışları görüb, digərlərinin 10 ildə getdiyini, siz iki ildə gedə bilərsiniz. Belə bir üstünlüyünüz var. 

Ən sərfəli krediti almaq üçün müraciət et