"Bank Respublika"nın xalis mənfəəti 49% artıb | Banco.az

"Bank Respublika"nın xalis mənfəəti 49% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin ən böyük banklarından biri olan "Bank Respublika" 2024-cü ilin birinci yarısı üzrə maliyyə göstəricilərini açıqlayıb.

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyun aylarında "Bank Respublika"nın xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 8,7 milyon manat və ya 49,3% artaraq 26 milyon 264 min manata çatıb.

Ötən ilin birinci yarısında Bankın xalis mənfəəti 17 milyon 587 min manata bərabər olub.

"Bank Respublika"nın aktivləri isə 519 milyon 899 min manat və ya 30,5% artaraq 2,2 milyard manat təşkil edib ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdəndir. 

Bankın depozit portfeli illik müqayisədə 39% artaraq 1,49 milyard manata çatıb. Kredit portfeli isə 1 milyard 242 milyon 425 min manata yüksəlib. Bu, 2023-cü ilin birinci yarısının nəticələri ilə müqayisədə 17,8% artım deməkdir. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Bank Respublika 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı beş bankından biridir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram