"Bank Respublika"nın aktivləri 46 milyon manatadək artıb | Banco.az

"Bank Respublika"nın aktivləri 46 milyon manatadək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ölkənin ən böyük banklarından biri olan "Bank Respublika" 2024-cü ildə 50 milyon 570 min manat xalis mənfəət əldə edib. 

Banco.az Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bankın xalis mənfəəti 2023-cü illə müqayisədə 10 milyon 316 min manat və ya 25,6% artıb. 

2023-cü ildə bankın xalis mənfəəti 40 milyon 253 min manata bərabər idi.  

"Bank Respublika"nın aktivləri isə illik müqayisədə 45 milyon 657 min manat və ya 2,1% artaraq 31 dekabr 2024-cü il tarixinə 2 milyard 176 milyon 633 min manata yüksəlib. Bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.

Hesabat dövründə bankın kredit portfeli 1 milyard 472 milyon manat, depozit portfeli isə 1 milyard 348 milyon manat təşkil edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram