Bank of Baku 1-cü rübü mənfəətlə başa vurdu | Banco.az

Bank of Baku 1-cü rübü mənfəətlə başa vurdu

Bank of Baku, cari ilin 1-rübünü mənfəətlə başa vura bilən banklar sırasındadır. Bu haqda, Bankın maliyyə göstəricilərinə istinad edən Banco.az portalı məlumat verir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın cəmi aktivlərində 20,18%, overdraflar da daxil olmaqla cəmi kredit portfelində isə 11, 65% artım qeydə alınmışdır. Lakin Bankın məcmu kapitalı 2014-cü ilin birinci rübü ilə müqayisədə 15% azalmışdır.

Baş verən devalvasiyanın təsirləri Bank of Baku-dan da yan keçməyib.  Bu təsir özünü daha çox Bankın mənfəət və zərərlər hesabatında göstərir. Ötən ilin analoji dövrü ilə müqayisədə Bankın faiz gəlirləri və faiz xərclərində müvafiq olaraq, 22, 68% və 18,88% artım qeydə alınıb. Qeyri  faiz gəlirləri yarıbayarı azaldığı halda, qeyri faiz xərclərində 87% artım müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

Lakin buna baxmayaraq, Bank cari rübü 2, 767 mln  manat mənfəətlə başa vurmağa müvəffəq olub. Qeyd edək ki, bu rəqəm ötən ilin eyni göstəricisindən  demək olar ki, 6 dəfə aşağıdır.