Bank kreditləri, yoxsa lombard kreditləri daha sərfəlidir? | Banco.az

Bank kreditləri, yoxsa lombard kreditləri daha sərfəlidir?

Müəllif: Mehin Qasımova/Banco.az

Əksər insanlar maddi ehtiyaclarını ödəmək üçün ya banka, ya bank olmayan  kredit təşkilatına, ya da lombarda üz tuturlar.

Bəs müştəri üçün bu strukturlardan hansı daha etibarlı və sərfəlidir?

Bank sektoru üzrə ekspert Rəşad Həsənov bank  kreditlərinin insanlar üçün daha  sərfəli olduğunu vurğulayır:

“Çünki bankların verdiyi təminatlar daha sərfəli olur. Biz bankların verdiyi girovlar qarşılığında kreditlərin götürülməsi zamanı bunun şahidi oluruq. Bank tənzimlənən sektordur. Onun  nəzarətedici strukturu, qanunverici əsasları və məcburi yığımları var. Hansı ki  Mərkəzi Bank tərəfindən bu öhdəliklər müəyyən edilir. Eyni zamanda, girovların sığortalanması  və digər tələblər də  daxil olmaqla bank  vətəndaşın girovunun taleyi ilə bağlı daha etibarlı mənbədir.

Banklar daha aşağı faizlə kreditləşməni həyata keçirmək imkanına malikdirlər. Böyük maliyyə vasaitərini idarə edən  strukturlar kimi, banklar da  bir çox səlahiyyətə malikdirlər. Bu da gələcəkdə kredit götürənin maliyyə xərclərinin daha  aşağı olmasına gətirib çıxarmaqla,  onun kreditqaytarma qabiliyyətinə müsbət təsir göstərir”.

Ekspet qeyd edir ki, lombardlarla  bağlı qanun layihəsi  parlamentdə qəbul edilsə də, bu sahədə ciddi tənzimləmələrlə bağlı çatışmazlıqlar qalmaqdadır:

“Digər tərəfdən, lombardlar daha yüksək faizlər tətbiq edirlər. Lakin lombardlar  banklarla müqayisədə sənədləşmə prosedurlarında və digər məsələlərdə müştərini yormurlar. Lombardlar sadəcə girov qarşılığında vətəndaşı müəyyən vəsaitlə təmir edirlər. Banklardan  kredit əldə edilməsi çətin olduqda insanlar çıxış yolu kimi lombardlara üz tuturlar”.

Ən sərfəli kredit üçün müraciət et

Bank məsələləri üzrə eskpert Cəfər İbrahimli lombardlarla banklar arasında böyük fərqlərin  olduğunu bildirir:

“Lombardlar ölkədə lisenziyalaşdırılan və nəzarət olunan bir struktur deyil. Amma banklar bütün hesabatları ilə  Mərkəzi Bank tərəfindən daim nəzarət olunan, yoxlanılan bir qurumdur. Vətəndaşların  əmanətləri  banklar tərəfindən xüsusi qaydada qorunur. Ona görə də əmanətlərlə bağlı hər  hansı bir təhlükədən söhbət gedə bilməz. Yəni, qurum müştərinin əmanətinə zəmanət verir.

Araşdırmamız nəticəsində bu qənayətə gəlmək olar ki, lombardlara  o şəxslər daha çox müraciət edirlər ki, banklardan kredit götürə bilmir və yaxud da kreditləşmə ilə bağlı müəyyən problemləri var. Çünki bu gün banklar vətəndaşlara daha sürətli və sərfəli  prosedurlarla kredit təklif edirlər”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et