Bank ipotekanın verilməsini müvəqqəti dayandırıb | Banco.az

Bank ipotekanın verilməsini müvəqqəti dayandırıb

Azərbaycan Beynəlxalq Bankı (ABB) İslam pəncərəsi çərçivəsində ipotekanın verilməsini müvəqqəti dayandırıb.

Bunu ABB-nin İslam bankçılığı departamentinin direktoru Bəhnam Qurbanzadə deyib.

Onun sözlərinə əsasən, bu qərar bazarda yaranmış vəziyyətlə bağlıdır. Fevralın 21-də baş vermiş manatın devalvasiyasından sonra banklar kreditlərin verilməsini azaltdılar, bəziləri isə onu tamamilə dayandırdılar.

Ən sərfəli kredit üçün müraciət et

B.Qurbanzadə qeyd edib ki, İslam bankçılıq pəncərəsi vasitəsilə ipotekanın maliyyələşdirilməsi ABB-nin startegiya və siyasətindən tam asılıdır: "Hazırda bu layihənin və onun imkanlarını yenidən qiymətləndiririk, buna görə də ipotekanın verilməsini müvəqqəti dayandırmışıq".

O, İslam pəncərəsi çərçivəsində ipotekanın maliyyələşdirilməsinin nə vaxt bərpa ediləcəyini açıqlamaqda çətinlik çəkərək vurğulayıb ki, bu, bank rəhbərliyinin qərarından asılıdır.

trend.az