Bank əmanətlərinin 92 faizi Bakı sakinlərinindir | Banco.az

Bank əmanətlərinin 92 faizi Bakı sakinlərinindir

Əhalinin bank əmanətlərinin 92,28%-i Bakı sakinlərinin payına düşür. Bakıda ölkə əhalisinin 40%-i yaşayır. Bu isə regionlarla mərkəz arasında həyat səviyyəsi fərqini göstərir. 

Mərkəzi Bankın məlumatına görə, 1 avqust 2014-cü il tarixinə bankların Bakı sakinlərindən cəlb olunan əmanətlər üzrə portfeli 6 mlrd 404 mln 488,8 min manat təşkil edir ki, bu da ilin əvvəlinə olan göstəricidən 7,7 % çoxdur. Banklar əmanətləri əhalidən orta hesabla illik 8%-lə qəbul edib, maksimal zəmanət 9%-dir.

Paytaxt sakinləri əmanətlərini milli valyuta ilə yatırmağa üstünlük verirlər. Manat əmanətlərin payına 3 mlrd 991 mln 40,5 min manat (yanvar-iyul aylarında artım 11,3%) və ya Bakı üzrə bütün əmanətlərin 62,32%-i düşür. Xarici valyuta onları az maraqlandırır, hərçənd gəlirlilik 8,8%-dir (rayonlarda 7,5%). Azərbaycanın regionlarında banklar əhalidən 535 mln. 546,6 min manat məbləğində əmanət cəlb edib, bu isə ilin əvvəlinə olan göstəricidən 12,6% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Regionlardan Abşeron iqtisadi rayonunun əhalisi pullarını banklarda saxlamağa daha çox üstünlük verir. 2014-cü il avqustun 1-ə Abşeron iqtisadi rayonundakı banklarda əhalinin əmanətləri illik orta hesabla 8,5% dərəcəsi ilə 171 mln 48,1 min manat təşkil edib.

İkinci yerdə iqtisadi rayonudur - 163 mln 168,2 min manat (illik 7,4%)

Qafqazinfo

Ən sərfəli krediti almaq üçün müraciət et