Bank aktivləri artmaqda davam edir | Banco.az

Bank aktivləri artmaqda davam edir

Mərkəzi Bankın açıqladığı məlumatlara əsasən bankların ümumi aktivlərində artım baş vermişdir. Aktivlərin həcmi iyul ayı ilə müqayisədə avqustda 3% artaraq 23,3 mlrd manat olmuşdur. Əvvəlki dövrlərdə olduğu kimi aktivlərin tərkibində kreditlər üstünlük təşkil etsə də, onun xüsusi çəkisində azalma baş vermişdir. Belə ki, əgər iyul ayında bankların kredit portfeli aktivlərin 68.5%-i təşkil edirdisə, avqust ayında bu, 67.5%-ə düşmüşdür. Bununla belə, kredit portfeli də əvvəlki ayla müqayisədə 1.6% artaraq 15,7 mlrd manat olmuşdur. Qeyd edək ki, bu ilin əvvəli ilə müqayisədə 11% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Ən böyük artım isə müxbir hesabların həcmində baş vermişdir, iyul ayı ilə müqayisədə müxbir hesabların həcmi 23,7% artaraq, 1,4 mlrd manatdan 1,7 mlrd manata qədər yüksəlmişdir.  Bunun əksinə isə maliyyə sektoruna verilmiş kreditlər və depozitlər iyul ayına nisbətən 56 mln manat azalaraq, 1,11 mlrd manat olmuşdur.

Öhdəliklərin həcmində də artım baş vermişdir, belə ki, banklar tərəfindən cəlb edilmiş depozitlərin həcmi 9,5 mlrd manatdan 10,03 mlrd manata yüksəlmişdir.

Ən sərfəli krediti almaq üçün müraciət et