Cari ilin 10 ayında Bakı şəhəri üzrə işsizlərin sayı 17 576 nəfər təşkil edib.
Bakı Statistika İdarəsinə istinadən xəbər verilir ki, işsizliyə görə müavinət alan 2407 nəfərə hesablanmış orta aylıq məbləğ 308,77 manat olub.
Bakı şəhəri üzrə işsizlik statusuna malik olanların 6746 nəfərini qadınlar təşkil edib. İşçi qüvvəsinə olan tələbat oktyabr ayının axırına şəhər üzrə cəmi 2045 nəfərdir, onlardan 1746 nəfəri fəhlələrdir.
2017-ci ilin oktyabr ayında Bakı şəhəri üzrə məşğulluq xidmətində işsiz hesab edilənlərin sayı rayonlar üzrə aşağıdakı kimi xarakterizə olunur:
Bakı şəhərinin rayonları |
İşsizlik statusuna malik olanlar |
Onlardan işsizliyə görə müavinət alanlar |
Bakı şəhəri- cəmi |
17 576 |
2 457 |
Binəqədi |
1110 |
192 |
Xətai |
3 317 |
338 |
Xəzər |
1 406 |
94 |
Qaradağ |
491 |
181 |
Nərimanov |
1 651 |
130 |
Nəsimi |
2 149 |
438 |
Nizami |
1 336 |
211 |
Pirallahı |
17 |
13 |
Sabunçu |
1 446 |
227 |
Səbail |
582 |
137 |
Suraxanı |
1 502 |
242 |
Mənbə: Oxu.az