Böyük proyektlərdən, ən kiçik layihələrə layihə menecmenti hər zaman ən riskli sahələrdən sayılır. Layihə menecmenti şirkətin inkişafında təməl rolunu oynayır. Ən xırda detal sizin bütün layihənizi alt-üst edə bilər və sırf bu səbəbdəndir ki, bütün elementlər incəliklərinə qədər araşdırılmalı, vaxtında və planlanmış büdcə ilə layihəni bitirmək üçün daim nəzarəti əldən verməmək lazımdır. Uğurlu layihə menecmentinin digər tələbi isə, çalışanlar arasında düzgün kommunikasiyasiyanın qurulmasıdır ki, bunun vasitəsilə şirkət bütöv bir orqanizm kimi fəaliyyət göstərəcək. Layihə menecerləri arasında çox məşhur bir ifadə var-“Əgər bütün işlər yolunda gedirsə, hər kəs düşünür ki, layihə meneceri heç bir iş görmür, lakin bir problem çıxdığı anda hər kəs işin nə qədər çətin olduğunu həqiqətən görür.”
Dünyada çox az layihə vardır ki, planladığı tarixdə və planlandığı büdcə ilə həyata keçirilsin. Gəlin, ən bahalı uğursuz layihələrə nəzər yetirək.
ABŞ bazarında Walmart-dan sonra ikinci ən böyük topdan satış nəhəngi, 72.62 milyard dollarlıq sərvət, Target-in Kanada bazarına girmək cəhdi, əslində, kanadalıların alış-veriş üçün ABŞ sərhədlərinə keçməsi faktından ilham almışdı. Digər tərəfdən Kanada bazarına girməklə, ölkə xaricində də satışları artırmaq üçün əsl vaxt olduğunu fikirləşməklə “Həyatının səhvinə imza atdı”, Target.
Birincisi, xərclər hesablandığı qədər az olmadığı üçün, rəqib şirkətlərlə müqayisədə qiymətlər daha baha idi. İkincisi, təqdim etdilən məhsul çeşidləri olduqca az idi, bu isə təhcizat zəncirində olan boşluqların göstəricisi idi. Gəmiləri batan Target, bir tərəfdən də reputasiyasında itkilər yaşadı, media işini görmüşdü. Nəticədə, müştəri gözləntiləri, vəziyyətdən olan xəbərsizlikdən və bazar araşdırması və analizinin düzgün yerinə yetirilməməsindən, risk menecmentinin yetərsizliyindən qaynaqlanan səbəblər sayəsində yerlə bir oldu. Layihənin uğursuzluğu 7 milyard dollar zərərlə nəticələndi.
İngiltərənin Milli Səhiyyə Servisinin ictimai tibbi sistemi dünyada ən böyük və ən qədim sistemdir. Bütün ingilis vətəndaşlarının sağlamlıq məlumatlarını birləşdirən elektron sistem qurmaq planları olan Milli Səhiyyə Servisi, 300-dən çox hospitala xidmət etməyi planlamışdı ki, bu layihə dünyanın indiyə qədər olan böyük IT layihələrindən sayılır. Əslinə qalsa, IT sahələrində olan yüksək uğursuzluq riski təəccüb ediləcək məsələ sayılmır.
Layihənin uğursuzluq səbəbinə gəldikdə isə, astonomik böyüklükdə olan layihənin uğursuzluqla deyil, uğurla bitməsi möcüzə olardı. Elektron qeydlərin toplanması, kodlanması birbaşa səhmdarların əlində idi ki, bunun məsul və səlahiyyətli şəxslərin əlində olması lazım idi. Digər tərəfdən sistemdaxili çatışmazlıqlar sistemi hələ qurulmadan çökdürdü. Sırf layihənin idarə olunmasında olan səhvlərə görə Britaniya büdcəsini 12.7 milyard funt sterlinqlə geri saldı və tarixə həm ən böyük, həm də ən uğursuz IT layihəsi olaraq adını yazdırdı.
“Çəhrayı Uniformalar” kimi adlandırılmış növbəti uğursuz layihə ABŞ Müdafiə Departamentinin hərbi yardım layihəsi idi. İşğal altında olan ölkələrdə, global təhlükəsizlik, beynəlxalq vəziyyətin stabilləşdirilməsi üçün treyning, silah və konsaltinq məqsədi daşıyan bu layihə, Əfqanıstanda həyata keçirilərkən ağlasığmaz dərəcədə axmaq bir situasiya ortaya çıxardı. Əfqan Hərbi Naziri, hərbi geyimlərin çəhrayı rəngdə olmasını, normal kamuflaj geyimlərdən üstün tutduğu üçün layihə, 28 milyon dollarla birlikdə batdı. Bu seçimi biyabırçılıq olaraq qəbul edən ABŞ ordusu, layihəni yarıda dayandırdı. Qeyd edək ki, hadisə ötən ilin iyun ayına təsadüf edir.
İngiltərənin növbəti uğursuz imzası, Sent Helena Aeroportu layihəsinə atılmışdır ki, təqvimlər 2016-cı ili göstərərkən 285 milyon funt sterlinqlik böyük hekayə başladı. Küləyin istiqamətinin, sürətinin, atmosfer xüsusiyyətlərinin nəzərə alınmaması, dağlıq ərazidə tikiləcək olan aeroportun əvvəlcədən düzgün araşdırılmadan, detallı planlamadan işə başladıqlarını göstərirdi. Digər tərəfdən ərazinin relyef xüsusiyyətlərinin dağlıq olması da bir qədər riskli idi. Nəticə olaraq, hələ də yarımçıq qalan layihə uğursuzlar sırasındadır.
Sevinc Hüseynova, banco.az