Bağlanmış banklarda kreditlərin restrukturizasiyası başlayır | Banco.az

Bağlanmış banklarda kreditlərin restrukturizasiyası başlayır

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ləğv prosesində olan banklardan kredit götürən vətəndaşlara müraciət edib. Fonddan bildirilib ki, Prezident İlham Əliyevin 2019-cu il 28 fevral tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanının icrasının təmin edilməsi məqsədilə ƏSF ləğvetməsində olan banklarda vaxtı keçmiş kredit borclarının restrukturizasiyası üçün vətəndaşların ərizələri qəbul olunur.

Ləğv prosesində olan "Bank Standard" QSC, "Texnikabank" ASC, "Dəmirbank" ASC, "Dekabank" ASC, "Yunayted Kredit Bank" ASC, "Qafqaz İnkişaf Bankı" ASC, "Kredobank" ASC, "Atrabank" ASC, "Zaminbank" ASC, "Bank of Azerbaijan" ASC, "Royalbank" ASC, "Gəncəbank" ASC, "Azərbaycan Kredit Bankı" ASC, "Evrobank" ASC, "Birlikbank" ASC, "Debütbank" ASC və "Borçalı" KB-nin müştəriləri eyni ünvanda qəbul ediləcək. Bunun üçün onlar ləğv prosesində olan "Dəmirbank" ASC-nin Bakı şəhəri, Qarabağ küçəsi, 31 ünvanında yerləşən "Əməliyyat idarəsi" filialına vaxtı keçmiş kredit borclarının restrukturizasiyası ilə bağlı müraciət edə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

Əlavə məlumat üçün əlaqə nömrələri: (012) 444-71-71; (daxili: 500).

Ən sərfəli krediti almaq üçün müraciət et