Bağlanan "Bank Standard"ın Kreditorlar Komitəsinin Əsasnaməsi təsdiqlənir | Banco.az

Bağlanan "Bank Standard"ın Kreditorlar Komitəsinin Əsasnaməsi təsdiqlənir

Ötən ilin oktyabr ayının 4-də 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə "Bank Standard" QSC müflis elan edilib və onun barəsində ləğv prosesinə başlanılıb.

Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, eyni zamanda həmin qərar əsasında banka ləğvedici qismində adıçəkilən Fond təyin edilib.

Ötən ilin noyabr ayının 25-də Fond ləğv prosesində olan bankın Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib. Noyabr ayının 30-da Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv prosesində olan "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin yaradılmasını məqsədəuyğun hesab edib.

Dekabrın 5-də Fond ləğv prosesində olan "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Dekabrın 29-da 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərardadı ilə ləğv prosesində olan "Bank Standard" QSC-nin Kreditorlar Komitəsinin yaradılması, Kreditorlar Komitəsinin tərkibinin müəyyənləşdirilməsi üçün təşkilatı işlərin və zəruri tədbirlərin görülməsi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması və ləğv prosesində olan bankın Kreditorlar Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə qərar qəbul edilib.

Ən sərfəli kredit üçün müraciət et

Məhkəmə qərardadına uyğun olaraq, Əmanətlərin Sığortalanması Fondu Kreditorlar Komitəsinin yaradılması, onun tərkibinin müəyyənləşdirilməsi və ləğv prosesində olan "Bank Standard" QSC-nin Kreditorlar Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirir.

©APA.az

Ən sərfəli krediti almaq üçün müraciət et