"Azərkosmos" dünyanın 45 ölkəsinə 11 mln. dollarlıq xidmət ixrac edib | Banco.az

"Azərkosmos" dünyanın 45 ölkəsinə 11 mln. dollarlıq xidmət ixrac edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 45 ölkəsinə 11,1 milyon ABŞ dolları dəyərində  peyk telekommunikasiya xidmətləri ixrac edilib.

Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin "İxrac İcmalı"nın avqust sayına istinadla xəbər verir ki, "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 78 faizini təşkil edib. 2023-cü ilin iyul ayında isə "Azərkosmos" dünyanın 40 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Bu ilin yanvar-iyul ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 3,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,4 milyon ABŞ dolları ilə Lüksemburq, 983,6 min ABŞ dolları ilə BƏƏ, 613,8 min ABŞ dolları ilə Almaniya və 472,9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram