Müəllif: Mühin Qasımova, Banco.az
2026-cı ilin I yarısında Azərbaycanda listinqdə olan səhmlərin bazar kapitallaşması 37% artaraq 3,65 milyard manata çatıb. Buna baxmayaraq, təkrar bazarın dövriyyəsi cəmi 8,8 milyon manat təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Bakı Fond Birjası tərəfindən 2026-cı ilin II rübü üzrə hazırlanan “Q2 2026: Azərbaycan və Qlobal İqtisadiyyata və Kapital Bazarlarına Baxış” bülleteninin təqdimatında məlumat verilib.
Məlumata görə,hesabat dövründə ilkin bazar dövriyyəsi 51,7 milyon manat olub. Təkrar bazarda fəallıq əsasən ABB və “PAŞA Bank” səhmlərində qeydə alınıb. Təkcə iyun ayında ABB səhmləri üzrə 2 milyon manat həcmində 1 400 əqd, “PAŞA Bank” səhmləri üzrə isə 600 min manat həcmində 628 əqd bağlanıb.
Mövcud dinamikaya rəğmən, səhm bazarında yüksək konsentrasiya səviyyəsi saxlanılır. Maliyyə sektorunun listinqdə olan səhmlərin bazar kapitallaşmasındakı payı 99% təşkil edib. Eyni zamanda, cəmi 8 şirkət ümumi bazar dəyərinin təxminən 91%-ni formalaşdırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
