Azərbaycanlı marketoloq ilk dəfə Facebook reklamları üzrə ən yüksək sertifikatı əldə etdi | Banco.az

Azərbaycanlı marketoloq ilk dəfə Facebook reklamları üzrə ən yüksək sertifikatı əldə etdi

Bank sahəsində çalışan həmyerlimiz Nümrəddin Hüseynov bu günlərdə Facebook Media Buying Professional üzrə  akkreditasiyasından uğurla keçmişdir. Nümrəddin bu sahə üzrə sertifikata sahib olan ilk və yeganə Azərbaycanlıdır. O, öz facebook səhifəsində bu uğuru haqqında belə paylaşım etmişdir. " Dünən imtahandan, bugün etibarilə isə Facebook-un Facebook Media Buying Professional akkreditasiyasından keçdim. Sertifikatım da bugün youracclaim-də verify olundu. Facebook Media Buying Professional Facebook reklamları üzrə ən yüksək 2 sertifikasiyadan biridir. "

Ən sərfəli kredit üçün müraciət et

Onu da bildirək ki, bu imtahan istifadəçinin yüksək səviyyədə Facebook reklamlarının yaradılması, idarə olunması, müxtəlif reklam növlərinin tətbiqi və digər mürəkkəb reklamların təşkil olunmasını əhatə edir. 

Nümrəddin Hüseynov hal-hazırda ölkənin aparıcı banklarından olan Kapital Bank-da rəqəmsal marketinq üzə baş mütəxəssis vəzifəsində çalışır. 

Ən sərfəli krediti almaq üçün müraciət et