2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanla Yaponiyanın ticarət dövriyyəsi 244 milyon 366 min dollar təşkil edib.
Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstəricinin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 56.3% və ya 88 milyon dollar çoxdur.
Qeyd edək ki, hesabat dövründə Azərbaycandan Yaponiyaya ixracın həcmi 0.5% azalaraq 9 milyon 792 min dollar, Yaponiyadan ölkəyə ixracın həcmi isə 60% artaraq 234 milyon 574 min dolar təşkil edib.
Apa
Bizi sosial şəbəkələrdən izləyin!!