Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələri ilə ticarət dövriyyəsi 32 faiz artıb | Banco.az

Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələri ilə ticarət dövriyyəsi 32 faiz artıb

Sabah Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Görüşü çərçivəsində bu gün Azərbaycan paytaxtında türkdilli ölkələrin biznes forumu işə başlayıb. Tədbir çərçivəsində bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Belə ki, Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev, Qazaxıstanın Baş nazirinin müavini Berdibek Saparbayev, Qırğızıstanın İqtisadiyyat naziri Sancar Mukanbetov və Türkiyənin Ticarət naziri Ruhsar Pekcan "Müxtəlif iqtisadi zonalar arasında məlumat və təcrübə mübadiləsi" mövzusunda Anlaşma Memorandumuna imza atacaqlar. Bundan başqa, Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) Macarıstanın Ticarət və Sənaye Palatası, Qazaxıstan Sahibkarlarının Milli Palatası, Qırğızıstanın Ticarət və Sənaye Palatası ilə əməkdaşlığa dair memorandum, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) isə Macarıstanın İxracın Təşviqi Agentliyi ilə Anlaşma Memorandumu imzalayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Forumda bildirilib ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanın TDƏŞ ölkələri ilə ticarət dövriyyəsinin dəyəri ötən ilin eyni dövrünə nisbətən 32 faiz çox olub.

Ən sərfəli krediti almaq üçün müraciət et