Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın smartfon bazarında 2024-cü ilin avqust ayında Cənubi Koreyanın markası “Samsung”un bazar payı cüzi azalaraq 29,27% təşkil edib. İyul ayında “Samsung”un bazar payı 32,62%, iyun ayında isə 37,5% olub.
Banco.az bu barədə "statcounter"ə istinadən xəbər verir.
Məlumata görə, Çinin “Xiaomi” markasının bazar payı avqust ayında 22,45% olub. İyulda bu göstərici 27,32% təşkil edib. Ötən ay ABŞ-nin markası “Apple”ın bazar payı isə iyulla müqayisədə 14,38%-dən 17,06%-ə yüksəlib.
Digər markalardan “Honor”un payı 3,29%, “Huawei”nin payı isə 1,65% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!