Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanın smartfon bazarında 2024-cü ilin mart ayında Cənubi Koreyanın markası “Samsung”un bazar payı cüzi artaraq 28,24% təşkil edib. Fevral ayında “Samsung”un bazar payı 27,92%, yanvar ayında isə 27,11% olub.
Banco.az bu barədə "statcounter"ə istinadən xəbər verir.
Məlumata görə, Çinin “Xiaomi” markasının bazar payı martda 22,16% olub. Fevralda bu göstərici 19,12% təşkil edib. Ötən ay ABŞ-ın markası “Apple”ın bazar payı isə fevralla müqayisədə 17,83%-dən 16,36%-ə enib.
Bizi sosial şəbəkələrdən izləyin!!