Azərbaycanın sığorta bazarı 6,5% artıb | Banco.az

Azərbaycanın sığorta bazarı 6,5% artıb

Azərbaycan Sığortaçılar Assosiasiyasından "Banco.az"a daxil olan məlumata görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 27 sığorta şirkətinin xətti ilə 378,9 milyon manat sığorta haqqı toplanıb. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına əsasən, bu, 2014-cü ilin eyni dövrünə nisbətən 6,5% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

10 ay ərzində sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlər isə 140 milyon manat təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 37 manat ödəniş edilib. Bu rəqəm 2014-cü ilin yanvar-oktyabr aylarında 36,9 manat olub.

Ən sərfəli krediti almaq üçün müraciət et