Azərbaycanın qızıl ixracından gəlirləri 3 dəfəyə yaxın artıb | Banco.az

Azərbaycanın qızıl ixracından gəlirləri 3 dəfəyə yaxın artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan 144 mln. ABŞ dolları dəyərində qızıl ixrac edib. Qızıl ixracından qazancımız illik müqayisədə 86 milyon dollar və ya 2.5 dəfə artıb.

Banco.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında qeyd edilib. 

Məlumata görə, təkcə iyun ayında ixrac edilən qızılın dəyəri 22.7 milyon dollar olub ki, bu da ötən ilin iyununa nisbətən 10 milyon dollar və ya 78.7% artım deməkdir. 

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan 165.3 mln. ABŞ dolları dəyərində, 2023-cü ildə isə 121.5 milyon ABŞ dolları dəyərində qızıl ixrac etmişdi. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram