Azərbaycanın neft məhsullarının ixracından gəlirləri iki dəfədən çox artıb | Banco.az

Azərbaycanın neft məhsullarının ixracından gəlirləri iki dəfədən çox artıb

2023-cü ilin yanvar-aprel aylarında Azərbaycandan 226 milyon 950 min dollar dəyərində 377 min 918 ton neft məhsulları ixrac olunub.

Bu, Dövlət  Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyətləri Haqqında aylıq hesabatında bildirilir.

Qeyd edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan 110 milyon 734 min dollar dəyərində 193 min 737 ton neft məshsulları ixrac olunmuşdu. Beləliklə, neft məhsulları idxalı dəyər ifadəsilə  105% (2 dəfədən çox) miqdar ifadəsilə 95,1% artıb. Başqa sözlə idxal göstəricilərində dəyər ifadəsi ilə 116 milyon 216 min dollar, miqdar ifadəsi ilə 184 181 ton artım müşahidə edilib.

Bir ton neft məhsullarının orta idxal qiymətlər üzrə dəyəri 2022-ci ilin 4 ayında 572 dollar ikən, 2023-cü ilin 4 ayında 601 dollar olub.

Hesabat dövründə neft məhsulları ixracı Azərbaycanın ümumi idxalının 1.8%-ni təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et