Azərbaycanın Çindən idxalı 34% artıb | Banco.az

Azərbaycanın Çindən idxalı 34% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-iyun aylarında Çindən 1 milyard 266 milyon 160 min dollar dəyərində məhsul idxal edib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hesabata görə, bu, 2022-ci ilin birinci yarısı ilə müqayisədə 323 milyon 705 min dollar və ya 34,3% çoxdur.

Cari ilin ilk 6 ayında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrünə nəzərən 37,7% artaraq 1,3 milyard dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et