Azərbaycanın cari əməliyyatlar balansının qalığı 15 % azalıb | Banco.az

Azərbaycanın cari əməliyyatlar balansının qalığı 15 % azalıb

Bu ilin I rübündə Azərbaycanın cari əməliyyatlar balansının (CƏB) ümumi qalığı 3 milyard 376,2 milyon ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % azdır.

Ümumi qalıq ölkənin xarici ticarət balansındakı 4 milyard 720,7 milyon dollarlıq qalıq (13,3 % az), xidmətlər balansındakı 686,8 milyon dollarlıq kəsir (9,5 % çox), ilkin gəlirlər balansındakı 955,9 milyon dollarlıq kəsir (0,6 % az) və təkrar gəlirlər balansındakı 298,2 milyon dollarlıq qalıq (3,1 dəfə çox) hesabına formalaşıb.

“Hesabat dövründə CƏB üzrə qalıq ümumi daxili məhsulun (ÜDM) dəyərinin 18,9 %-ni təşkil edib. Son 1 ildə neft-qaz sektoru üzrə CƏB-in qalığı 7,6% azalaraq 5,1 milyard ABŞ dollarına düşüb, qeyri-neft sektoru üzrə CƏB-in kəsiri isə 10,3 % artaraq 1,7 milyard ABŞ dollarına çatıb", - deyə AMB bəyan edib.

Ən sərfəli kredit üçün müraciət et

report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et