"Azərbaycanın bütün regionlarında koronavirusa yoluxma var" | Banco.az

"Azərbaycanın bütün regionlarında koronavirusa yoluxma var"

"Bütün regionlarda yoluxma var. İnsanların test edilməsinə elmi əsaslarla yanaşmaq lazımdır".

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfrasında qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, ÜST-ün test aparmaq üçün sənədi var, orada qeyd edilib ki, test kliniki simptomları olanlarda və yaxın təmaslarda aparılır: “Bütün ölkənin test olunmasının elmi əsası yoxdur, bununla bağlı heç bir tövsiyə də yoxdur. Təmaslarda ciddi problem yaşayırıq. Araşdıranda görürük ki, bir xəstə evdən çıxır, onun 4-5 gündə getdiyi yolu hesabladıqda baxırıq ki, onlarla insanla təmasda olub. Bir testi pozitiv olan adam azı 20-50 adamı yoluxdurur".

Ən sərfəli kredit üçün müraciət et

APA

Ən sərfəli krediti almaq üçün müraciət et