Azərbaycanın banklarının aktivləri 15% artıb | Banco.az

Azərbaycanın banklarının aktivləri 15% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

2025-ci ilin iyun ayının 1-i tarixinə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 56,549.7 mln. manat təşkil edib.

Banco.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bankların aktivləri 7 milyard 402 milyon manat və ya 15,1% artıb. 

Belə ki, 1 iyun 2024-cü il tarixinə ölkə banklarının cəmi aktivləri 49 mlrd. 147 mln. manat olub.

Qeyd edək ki, bu dövrdə sektorun cəmi cəmi öhdəlikləri 49,690 mln. manat (16,1% artıb), balans kapitalı 6,859 mln. manat (8,4% artıb) olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram