Azərbaycanın bank sektorunun gəliri il ərzində 1,5 dəfə artıb | Banco.az

Azərbaycanın bank sektorunun gəliri il ərzində 1,5 dəfə artıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2014-cü ilin yanvar ayının yekunu üzrə bankların ümumi gəlirlərinin ziyanla işləyən bankların ümumi zərərindən 18,22 dəfə çox olduğunu qeydə alıb. Bu barədə AMB-nin hesabatında məlumat verilib.

Hesabata əsasən, 38 bankın gəliri 51,92 milyon manat, 5 bankın zərəri isə 2,85 milyon manat təşkil edib ki, bu da bank sisteminə 49,07 milyon manat xalis gəlir qazanmağa imkan verib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin yanvar ayında gəlirlə işləyən bankların sayı 3 ədəd artıb, sektorun ümumi gəliri isə 51,9 faiz çoxalıb. Bununla belə, zərərlə işləyən bankların sayı 8-dən 5-dək enib, ümumi zərər isə 1,7 dəfə azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, 38 bankın işinin yekunları üzrə müvafiq dövrdə əldə olunan bank sisteminin maksimum gəlir göstəricisi 2013-cü ilin noyabrında 346,89 milyon manat həcmində qeydə alınıb. Həmin ayda 334,16 milyon manat həcmində maksimum xalis gəlir əldə olunub.

Mənbə: trend.az 

Ən sərfəli krediti almaq üçün müraciət et