Azərbaycanın bank sektorunun aktivləri ilin əvvəlindən 5% azalıb | Banco.az

Azərbaycanın bank sektorunun aktivləri ilin əvvəlindən 5% azalıb

Azərbaycanda bank sektorunun aktivləri ilin əvvəlindən 5,1% azalaraq bu il sentyabr ayının 1-nə 31 065,9 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu müddətdə müştərilərə verilən kreditlərin həcmi də 14 204,5 mln. manatdan 14 304,2 mln. manata enib.

Bank sektorunun cəmi öhdəlikləri ilin əvvəlindən 6,4% azalaraq cari ilin sentyabrın 1-nə 26 351,5 mln. manat təşkil edib. Bu müddətdə depozit portfeli( maliyyə institutları istisna olmaqla) 21 326,7 mln. manatdan 19 569,7 mln. manata azalıb. Portfelin 7 763,7 mln. manatını fiziki şəxslərin depozitləri əhatə edib. Hesabata əsasən, fiziki şəxslərin depozitlərinin həcmində ilin əvvəlinə nisbətən 8,7% azalma qeydə alınıb.

Cari il sentyabr ayının 1-nə bank sektorunun cəmi kapitalı 4 714,4 mln. manat təşkil edib. Bu isə ilin əvvəlinə nisbətən 2,9% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et