Azərbaycandakı POS terminalların sayı azalıb (araşdırma) | Banco.az

Azərbaycandakı POS terminalların sayı azalıb (araşdırma)

Əvvəlki illərlə müqayisədə, əhali arasında nağd pul istifadəsi nəzərəçarpacaq şəkildə azalıb. Insanlar ödəniş edərkən plastik kartların imknalarından faydalanırlar. Bu dəyişiklik ölkədəki ATM və POS terminalların sürətlə artmasına təsir göstərir.

Banco.az saytı olaraq 2015-ci ilin avqust ayı ərzində bankomatlar və POS terminalların sayındakı dəyişikliklə bağlı statistik məlumatları nəzərinizə çatdırırq.

Banco.az  Mərkəzi Banka İstinadən məlumat verir ki, cari ilin iyul ayı ilə müqayisədə ATM-lərin sayı 17 ədəd artaraq, 2702 -yə çatıb.  Bu bankomatlardan 1518 -i Bakının, 1194 – ü isə regionların payına düşür.

Ən sərfəli kredit üçün müraciət et

Bir ay ərzində paytaxtdakı ATM-lərin sayında 11 ədəd artım  olub. Regionlarda isə 16 ədəd yeni bankomat istifadəyə verilib.

ATM-lərlə müqayisədə, POS terminalların sayı əksinə azalıb. Belə ki, iyul ayı ilə müqayisədə onların sayı 46 ədəd azalaraq 77913 -ə düşüb. Pərakəndə ticarət mərkəzlərinin payına düşən POS terminallar isə 77 ədəd azalaraq, 76438 -ə bərabər olub.

Regionlarda POS terminalların sayı 11 ədəd  artaraq  28826-dan 28860 –a yüksəlsə də, Bakıdakı POS-terminalların sayı 57 ədəd azalıb.

Ən sərfəli krediti almaq üçün müraciət et