Azərbaycanda yeni dövlət standartlarının qəbulu 4 dəfə artıb | Banco.az

Azərbaycanda yeni dövlət standartlarının qəbulu 4 dəfə artıb

Bu ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) 30 yeni dövlət standartı qəbul edib.

Bu barədə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 dəfəyədək artıb.

“Yeni standartların qəbulu məhsul və xidmətlərin keyfiyyət, uyğunluq və təhlükəsizlik göstəricilərinin artırılmasına xidmət etməklə istehlakçıyönümlü siyasətin uğurla davam etdirilməsinə şərait yaradır”, - M.Abbasbəyli qeyd edib.

report

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et