Bu ilin yanvar-mart aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları ilə 83,9 milyon ABŞ dolları pul xərcləyib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nda bildirilib.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60,4% və yaxud 2,5 dəfə azdır.
Təkcə mart ayında xaricilərin bank kartları ilə xərcləmələri isə 33,4 milyon dollar olub. Bu isə 1 il əvvələ nisbətən 38% və yaxud 1,6 dəfə azdır.
Bizi sosial şəbəkələrdən izləyin!!