Azərbaycanda tikinti materialları – CÜZİ BAHALAŞIB – QİYMƏTLƏR | Banco.az

Azərbaycanda tikinti materialları – CÜZİ BAHALAŞIB – QİYMƏTLƏR

2019-cu ilin əvvəli ilə müqayisdə hazırda tikinti materiallarında ciddi qiymət artımı olmayıb.

Bunu “Əmlak Ekspert Mərkəzi”nin rəhbəri Rövşan Talıbzadə bildirib. 

Onun sözlərinə görə, «Əmlak Ekspert Mərkəzi» tərəfindən mütəmadi olaraq tikinti materialları bazarının monitorinqi təşkil olunur. 2019-cu ilin dekabr ayında da Bakı şəhərinin müxtəlif ərazilərində yerləşən tikinti materialları bazarında araşdırmalar aparılıb. 39 adda 86 növdə tikinti materialının monitorinqi təşkil olunub və təhlil olunub. Müəyyən olunub ki, əsasən 2019-cu ilin əvvəli ilə müqayisədə tikinti materialları bazarında istər idxal, istərsə də ixrac materiallarında kəskin qiymət dəyişməsi müşahidə olunmur.

«2019-cu ildən fərqli olaraq əvvəlki illərdə tikinti materiallarının qiymətlərində artımların müşahidə olunmasına səbəb paytaxtın müxtəlif rayonlarında tikintilərin aparılması idi. Həmin vaxtlar şəhərin müxtəlif yerlərində pilot layihələr həyata keiçirilirdi. Bu il isə qiymət artımı isə əsasən idxal olunan tikinti materiallarında olub. Taxta məmulatlarında 1-1,5%, dəmir məmulatlarında 1,5-1,8% arası artımlar baş verib»-deyə Rövşən Talıbzadə bildirib.

Mütəxəssisin sözlərinə görə, taxta və dəmirdən başqa Türkiyə, Rusiya, İrandan kafel,metlax, lambirlər və laminat idxal olunur. Çindən isə santexnika və aksesuar materialları  gətirilir. Bu məhsullarda  ciddi qiymət artımı baş verməyib.

Mütəxəssis qeyd edib ki, tikinti materiallarının qiymətində artım azalma bazarda olan tələbdən və tikinti mövsümündən asılıdır: «Hazırda tikinti üçün mövsümü aylar olmadığından tikinti materialarında qiymətlər dəyişməz olaraq qalıb. Əsasən tikinti materialları mart – iyul və sentyabr-noyabr aylarında  daha çox alındığından qiymətlərdə də canlanma əsasən həmin dövrlərə təsadüf edir».

«Əmlak Ekspert Mərkəzi» hazırda tikinti materialları bazarında olan qiymətləri də açıqlayıb. Tikinti materialların hazırki qiymətləri aşağıdakı kimidir:

Ən sərfəli kredit üçün müraciət et

Taxta (1 kub) – 290 manat

Armatur (1 ton)  – 1000 manat («Baku Stell Compani»), 650-700 manat (sex armaturları).

Dikt (15 mm) - 24 manat

Sement (50 kq kisə) - 6-6,50 manat

Mişar daşı (ədəd) - 40-45 qəpik  

Qum (1 kub) – Mingəçevir və ya qırmızı qum olmağından asılı olaraq 16-18 manat arasında dəyişir. Ən yaxşı qum Mingəçevir qumudur.

Şeben (1 kub)  – 81-20 manat

Metal dam örtüyü (çerepiça) (1 kv metr) - 7,5 - 9 manat (Rusiya, Qazaxıstan Finlandiya) 9 manata təklif olunan Finlandiya istehsalıdır.

Azbez şiferlər (1 ədəd) - 6,50 manat

Ağlay daşı (1 kv metr)  - 12-25 manat (Gülbax),  5-6 manat adi ağlay daşlar.

Kafel-metlax 10-35 manat

Kafel-metlaxın qiyməti istehsal yerindən asılıdır. Azərbaycanda kafel-metlax istehsalını «Gilan seramik» həyata keçirir. «Gilan»ın istehsal etidi kafel-metlaxın kv metrinin qiyməti 10-15 manat arasında dəyişir. Bu kafellər hazırda bazarda digər ölkələrin kafelləri ilə müqayisədə daha ucuzdur. İran istehsalı olan kafellərin kv metri 13-16 manat arasında dəyişir. Rusiya istehsalı olan kafellərin qiyməti 14-18 manatadır. Bazarda ən çox tələb olunan və keyfiyyətli hesab olunan Türkiyə kafelləridir. Bu kafellərin kv metrinin dəyəri 15-20 manat arasında dəyişir. Ən bahalı isə İspaniya kafelləridir. Bu kafellərin qiyməti 35 manatdan başlayır.

fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et