Azərbaycanda ötən il 12 milyard manatlıq qiymətli kağız qeydiyyata alınıb | Banco.az

Azərbaycanda ötən il 12 milyard manatlıq qiymətli kağız qeydiyyata alınıb

2020-ci il ərzində Azərbaycanda 12,2 milyard manat məbləğində investisiya qiymətli kağızlarının dövlət qeydiyyatı həyata keçirilib.

Bunun 1,291 milyard manatı (11  %-i) 41 korporativ istiqrazların buraxılışının, 0,766 milyard manatı (6 %-i) 119 səhm buraxılışının, 10,115 milyard manatı (83 %-i) isə dövlət qiymətli kağızlarının buraxılışının payına düşür.

Dövlət qiymətli kağızlarının 7,19 milyard manatı AMB-nin qısamüddətli notlarının buraxılışının, 2,925 milyard manatı isə dövlət istiqrazlarının buraxılışının qeydiyyatı ilə əlaqədar olub.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram