Müəllif: Gülnar Əhmədli, Banco.az
2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 2 032 ədəd minik avtomobili istehsal edilib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə minik avtomobili istehsalı 16.5% artıb.
Cari ilin iyul ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 516 ədəd təşkil edib.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin birinci yarısında Azərbaycana 683 milyon 190 min dollar dəyərində 38 008 ədəd əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat vasitələri idxal edilib. Bu isə illik müqayisədə 6 929 ədəd azdır.
Bizi sosial şəbəkələrdən izləyin!!