2018-ci ildə Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların 41,9 mln. manatı və yaxud 0,2%-i maliyyə və sığorta fəaliyyətinə yönəlib.
Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verilir.
Məlumata görə, bu, 2017-ci illə müqayisədə 2,8 dəfə çoxdur.
Qeyd edək ki, ötən il ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 238,2 mln. manat və yaxud əvvəlki ilə nisbətən 4,4% az vəsait yönəldilib.
report