Mərkəzi Bankın təqdim etdiyi məlumata görə 2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21,0 faiz artaraq,milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ümumi kredit portfelinin 20615,8 milyon manatı və ya 83,7 faizi uzunmüddətli kreditlərin payına düşüb.Kreditlərin 97 faizi banklar, 3,2 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 22,6 faiz azalaraq 469,2 milyon manat olub və ümumi kredit portfelinin 1,9 faizini təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!