Azərbaycanda həyat sığortası 21%, qeyri-həyat sığortası isə 5% artıb | Banco.az

Azərbaycanda həyat sığortası 21%, qeyri-həyat sığortası isə 5% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 232,643 milyon manat sığorta haqqı toplanılıb.

Bu, ötən ilin yanvar-iyul aylarına nisbətən 21,1% çoxdur.

Ötən 7 ayda qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 295,614 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 5,4% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 29,5% artaraq 179,228 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 37,4% artaraq 121,954 milyon manata çatıb.

Beləliklə, 2021-ci ilin yanvar-iyul aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə 77 manat, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqı üzrə isə 41,25 manat müştərilərə geri ödənilib. Bu rəqəmlər 2020-ci ilin yanvar-iyul aylarında müvafiq olaraq 72 manat və 31,6 manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Renkinq

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et